Türkiyədə vaksinasiya proqramı çərçivəsində vurulan peyvənd sayı 60 milyonu keçib

Türkiyə Səhiyyə Nazirliyinin yeni növ koronavirus (Kovid-19) əleyhinə mübarizə məqsədiylə başlatdığı vaksinasiya proqramı çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla, cəmdə vurulan peyvənd miqdarı 60 milyonu keçib.

1675313
Türkiyədə vaksinasiya proqramı çərçivəsində vurulan peyvənd sayı 60 milyonu keçib

“Kovid-19” əleyhinə mübarizə çərçivəsində sıx peyvənd proqramını davam etdirən səhiyyə nazirliyinin “covid19asi.saglik.gov.tr” ünvanında əks edən yeni məlumatlara görə 18 yaşdan yuxarı bütün vətəndaşlar Sinovac və ya BioNTech peyvəndindən istədiyini vurulabilər. Nazirliyin saytında qeyd edilib ki, 14 iyul saat 13.30 etibarı ilə ilk doza peyvənd vurulanların sayı 38 milyon 345 min 615, bir və ikinci doza vurulanların sayı 18 milyon 376 min 940, bir, iki və üçüncü doza olanların sayı isə 3 milyon 359 min 117 nəfərdir. Beləcə indiyə dək cəmdə 60 milyon 81 min 672 doza peyvənd vurulub.



Әlaqәli Xәbәrlәr