Türkiyədən Keniyadakı yetim uşaqlara yardım çatdırılıb

Türkiyə 15 İyul şəhidlərinin xatirəsinə Keniyada yaşayan 251 yetimi geyimlə təchiz edib.

1675063
Türkiyədən Keniyadakı yetim uşaqlara yardım çatdırılıb

Geyim yardımı Türkiyənin Nairobidəki səfirliyi tərəfindən çatdırılıb. Paytaxt Nairobidəki uşaq evlərini ziyarət edən Türkiyənin Nairobidəki səfiri Əhməd Cəmil Miroğlu uşaqlara geyim və ayaqqabı paylayıb. Səfir Miroğlu sosial media hesabından paylaşdığı açıqlamada Türkiyədəki yardım təşkilatlarının uzun müddətdən bəri kimsəsiz uşaqlara kömək etdiyini xatırladıb. Bu yardımların bundan sonra da davam edəcəyini özlərinin iki uşaq evindəki 251 uşağa paltar və ayaqqabı payladıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr