Hulusi Akar italiyalı həmkarı ilə görüş keçirib

Milli müdafiə naziri Hulusi Akar İstanbulda İtaliyanın müdafiə naziri Lorenzo Guerini ilə görüş keçirib.

1674886
Hulusi Akar italiyalı həmkarı ilə görüş keçirib

Milli müdafiə naziri Hulusi Akar İstanbulda İtaliyanın müdafiə naziri Lorenzo Guerini ilə görüş keçirib.

Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə yanaşı Əfqanıstan, Liviya və Şərqi Aralıq dənizindəki son vəziyyət müzakirə edilib.

Nazir Akar Konstruktiv və müsbət keçən görüşdə NATO-nun cənub qanadı və Aralıq dənizinin iki müttəfiqi ölkəsi olan Türkiyə ilə İtaliya arasındakı ortaq dəyərləri və əməkdaşlığı vurğulayıb.

Akar,Türkiyənin Egey və Şərqi Aralıq dənizindəki problemlərin beynəlxalq hüquq, mehriban qonşuluq münasibətləri və dialoq yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bir daha dilə gətirib.

Terrorla mübarizə mövzusuna da toxunan nazir Akar DEAŞ, Fetullahçı Terror Təşkilatı (FETÖ) və PKK/YPG başda olmaqla hər cür risk, təhdid və təhlükə ilə mübarizənin əzmlə və qətiyyətlə davam etdiyini söyləyib..

Türkiyənin yeni tip koronavirus (Covid-19) epidemiyasına baxmayaraq  NATO-ya fasiləsiz dəstəyini davam etdirdiyini qeyd edən Hulusi Akar iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına verilən əhəmiyyəti vurğulayıb.



Әlaqәli Xәbәrlәr