15 İyul - Demokratiya və Birlik Gününün 5-ci ildönümündə rəqəmsal nümayiş keçiriləcək

15 İyul (2016) dastanını və dastanı yazan qəhrəmanların xatirəsini yad etmək üçün İstanbulun Marmaray Yenikapı Stansiyasında 15 İyul rəqəmsal nümayişi keçiriləcək.

1674885
15 İyul - Demokratiya və Birlik Gününün 5-ci ildönümündə rəqəmsal nümayiş keçiriləcək

15 İyul - Demokratiya və Birlik Gününün 5-ci ildönümündə 15 İyul (2016) dastanını və dastanı yazan qəhrəmanların xatirəsini yad etmək üçün İstanbulun Marmaray Yenikapı Stansiyasında 15 İyul rəqəmsal nümayiş keçiriləcək.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin verdiyi açıqlamaya görə,yeni telekommunikasiya vasitələri, holoqramlar və xüsusi proyeksiya texnologiyalarından istifadə edilərək təqdim ediləcək nümayişdə 15 iyulda Fətullahçı Terror Təşkilatının (FETÖ) xain çevriliş və işğal cəhdinə qarşı millətin qazandığı zəfər o gecədən foto və qəhrəmanlıq xatirələri ilə şərh olunacaq.

Sərgidə Milli İradənin Zəfəri müxtəlif fotoşəkillər və arxiv görüntüləri ilə zənginləşdirilən üç ölçülü bir holoqram filmi ilə təqdim olunacaq. Nümayişdə xüsusilə Türkiyə Böyük Millət Məclisi (TBMM) kimi ağır hücumlara məruz qalan yerlər, video xəritə texnikası ilə yer alacaq. Milli birlik və qələbə coşğusunun əks olunduğu nümayişdə vətən və millət uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi də yad ediləcək.

Marmaray Yenikapı Stansiyasında 15 İyul Rəqəmsal Nümayişin rəsmi açılışı, 15 İyul Zəfərinin 5-ci ildönümündə keçiriləcək bir sıra proqramlar çərçivəsində bu gün Türkiyə vaxtı ilə 11: 00-da reallaşacaq.

Rəqəmsal sərgi isə 8 avqust bazar gününə qədər saat 11: 00-19: 00 arasında pulsuz ziyarət edilə biləcək.



Әlaqәli Xәbәrlәr