Türkiyə İsrailin fələstinlilərin evlərini dağıtmasını qınayıb

Türkiyə İsrailin İordan çayının Qərb sahilindəki Humsa əl-Favka kəndində fələstinlilərin evlərini dağıtmasını qınayıb.

1674543
Türkiyə İsrailin fələstinlilərin evlərini dağıtmasını qınayıb

Türkiyə İsrailin İordan çayının Qərb sahilindəki Humsa əl-Favka kəndində fələstinlilərin evlərini dağıtmasını qınayıb.

Xarici İşlər Nazirliyinin açıqlamasında "İşğal altındakı İordan çayının Qərb sahilində olan və 2020-ci ilin noyabr ayından bəridir dəfələrlə İsrilin dağıtma əməliyyatlarına məruz qalan Humsa əl-Favka kəndində fələstinlilərə məxsus evlərin sökülməsi nəticəsində 35-i uşaq olmaqla 70 nəfərin köçürülməsi qəbuledilməz zorakılıq nümunəsi və beynəlxalq hüququn pozulmasıdır" ifadəsi yer alıb.

İsrailin yalnız 2021-ci ildə İordan çayının Qərb sahilində fələstinlilərə məxsus 592 nəfəri ev-eşiyindən etdiyi xatırladılan açıqlamada ölkənin bu tətbiqlərin beynəlxalq toplumun bunu dayandırma çağırışlarına qulaq asmadığının  və təktərəfli tətbiqləri ilə işğalı ilhaqa çevirməyi məqsəd götürdüyünün açıq göstəricisi olduğu bildirilib. 

Açıqlamada "İsrailin yuxarıda göstərilən qanuni və qeyri-insani tətbiqlərini qınayır və İsrailin işğal olunmuş ərazilərdəki cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi üçün hüquqi proseslərə dəstəyimizi təkrar edirik" deyilib.



Әlaqәli Xәbәrlәr