Türkiyə 25 milyon turist qarşılayacaq

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Antaliyada etdiyi çıxışında deyib...

1673314
Türkiyə 25 milyon turist qarşılayacaq

 

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu il 25 milyon turist sayına çatmağı məqsəd qoyduqlarını bildirib.

  Antaliyada etdiyi çıxışında nazir deyib: "Hələ ki, yaxşı gedir. Keçən ildən daha çox daxili turizm hərəkətliliyi var. Rezervasiyalardan görürük. Xaricdən də gəlirlər. Bu il gec başlayan turizm mövsümü uzanaraq noyabr və dekabr aylarına qədər sürəcək. Turizmçilərin məhsuldar bir mövsüm keçirməsinə ümid edirik.

  Bura qədər Türkiyəyə təxminən 7 milyon 250 min xarici turist gəlib. İyul ayı çox yaxşı gedir, avqustun ondan da daha yaxşı yürüyəcəyini düşünürük. İyul, avqust və sentyabr aylarında, inşaallah, 15, daha sonra 25 milyon turist sayına çata biləcəyimizi düşünürəm”.



Әlaqәli Xәbәrlәr