""Covid-19" əleyhinə ilk doza vaksinasiya olunanların nisbəti 60 faizə çatıb", F. Koca

Səhiyyə naziri Fəxrəddin Koca yeni növ koronavirus (Covid-19) əleyhinə 18 yaş və yuxarı yaşda olanlardan ilk doza vaksinasiya olunanların nisbətinin Türkiyədə 60 faizə çatdığını bildirib.

1672685
""Covid-19" əleyhinə ilk doza vaksinasiya olunanların nisbəti 60 faizə çatıb", F. Koca

Səhiyyə naziri Fəxrəddin Koca 18 yaş və yuxarı yaşda olanlardan  yeni növ koronavirus (Covid-19) əleyhinə ilk doza vaksinasiya olunanların nisbətinin Türkiyədə 60 faizə çatdığını bildirib.

Koca sosial media hesabında bununla bağlı etdiyi paylaşımda "37 milyon 250 min insan ən az bir doza peyvənd qəbul edib. Beləliklə, ilk peyvənd dozasını vurduran 18 yaş və yuxarı yaşda olanların nisbəti 60 faizə çatıb. Birinci, ikinci və üçüncü dozaların ümumi sayı 56 milyondan çoxdur. Növbə alın və ən qısa müddətdə siz də peyvənd olunun" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr