Türkiyə Haiti Prezidenti Jovenel Moizin qətlə yetirilməsini ən sərt şəkildə qınadı

Türkiyə Haiti Prezidenti Jovenel Moizin qətlə yetirilməsini ən sərt şəkildə qınayan açıqlama verib.

1671762
Türkiyə Haiti Prezidenti Jovenel Moizin qətlə yetirilməsini ən sərt şəkildə qınadı

Türkiyə Haiti Prezidenti Jovenel Moizin qətlə yetirilməsini ən sərt şəkildə qınadı.

Xarici İşlər Nazirliyinin mövzuyla bağlı açıqlamasında Haiti Prezidentinin dəhşətli hücum nəticəsində həyatını itirməsi böyük bir kədərlə öyrənildiyi qeyd edilib. 

"Bu xain hücumu ən sərt şəkildə qınayırıq və günahkarların ən qısa zamanda ədalət qarşısına çıxarılmasını ümid edirik" ifadəsinin yer aldığı açıqlamada Moiznin ailəsinə, qohumlarına və dost Haiti xalqına başsağlığı verilib.

Haiti Prezidenti Jovenel Moiz çərşənbə axşamı gecə saatlarında yaşadığı şəxsi iqamətgahda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz isə yaralanıb. 



Әlaqәli Xәbәrlәr