Türk silahlı qüvvəlirinin əməliyyatı nəticəsində daha iki terrorçu məhv edilib

Türk silahlı qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində separatçı terror təşkilatı PKK üzvü iki terrorçu zərərsizləşdirilib.

1671375
Türk silahlı qüvvəlirinin əməliyyatı nəticəsində daha iki terrorçu məhv edilib

Milli Müdafiə Nazirliyinin sosial media hesabında əməliyyat ilə əlaqəli açıqlama verilib. Qeyd edilib ki, qəhrəman Türk Silahlı Qüvvələri PKK terrorçularını yuvalarında zərərsizləşdirməyə davam edir. İraqın şimalında həyata keçirilən “Pençe Şimşək” əməliyyatı çərçivəsində yerləri təsbit edilən PKK üzvü terrorçulara aviazərbələr endirilib, nəticədə iki quldur zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr