Hulusi Akar: "Tacikistanla əməkdaşlığımızı dərinləşdirməyə hazırıq"

Milli müdafiə naziri Hulusi Akar Tacikistanla müdafiə, təhlükəsizlik və müdafiə sənayesi mövzularında əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını söyləyib.

1667902
Hulusi Akar: "Tacikistanla əməkdaşlığımızı dərinləşdirməyə hazırıq"

Milli müdafiə naziri Hulusi Akar Tacikistanla müdafiə, təhlükəsizlik və müdafiə sənayesi mövzularında əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını söyləyib.

Hulusi Akar Qırğızıstana səfərindən sonra Tacikistanın paytaxtı Düşənbəyə səfər edib. 

Akar Tacikistanın Müdafiə Nazirliyində nazir Şerali Mirzo tərəfindən qarşılanıb.

İki həmkar əvvəlcə təkbə-tək ilə görüşüblər, daha sonra onların başçılığında nümayəndə heyətlərinin görüşü keçirilib. 

Görüşdən əvvəl açıqlama verən nazir Akar "Qardaş, qohum vətən" olaraq xarakterizə etdiyi Tacikistanın Türkiyənin Orta Asiyadakı önəmli tərəfdaşı olduğunu bildirib.

Akar "Müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımızı dərinləşdirməyə hazırıq" deyib və sərhəd təhlükəsizliyi və terrorla mübarizə mövzusunda təcrübə mübadiləsi etməyə hazır olduqlarını qeyd edib.

İki ölkə arasındakı yaxşı əlaqələrin gələcək araşdırmalarla davam etdiriləcəyinə inandığını bildirən Akar Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizədə mövcud konstruktiv əməkdaşlığın vacibliyini də vurğulayıb.

İki ölkənin regional sabitliyin təmin edilməsindən terrora qarşı mübarizəyə qədər bir çox mövzuda əməkdaşlıq etdiklərini dilə gətirən Şerali Mirzo da "Tacikistanla Türkiyə arasındakı münasibətlər gündən-günə yaxşılaşır" deyib. 

Mətbuata qapalı keçirilən görüşdə Akar və Mirzo ikitərəfli və regional müdafiə və təhlükəsizlik mövzularında fikir mübadiləsi aparıblar.



Әlaqәli Xәbәrlәr