Mövlud Çavuşoğlu: "Türkiyə Suriyada Rusiya ilə fəaliyyətlərinə davam edəcək"

Xarici işlər naziri Mövlud Çavuşoğlu onun dəvəti ilə Türkiyəyə gələn rusiyalı həmkarı Sergey Lavrovla Antalyada birgə mətbuat konfransı təşkil edib.

1667648
Mövlud Çavuşoğlu: "Türkiyə Suriyada Rusiya ilə fəaliyyətlərinə davam edəcək"

"Türkiyə Suriyada Rusiya ilə fəaliyyətlərinə davam edəcək".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu onun dəvəti ilə Türkiyəyə gələn rusiyalı həmkarı Sergey Lavrovla Antalyada birgə mətbuat konfransında deyib.

Nazir Çavuşoğlu görüşdə Rusiya ilə ikitərəfli əlaqələrv yanaşı regional məsələlərin də müzakirə edildiyini və Suriya, Liviya, Əfqanıstan və Qarabağdakı vəziyyətin gündəmdə olduğunu söyləyib.

Çavuşoğlu "Suriya məsələsini müzakirə etdik, Liviyadakı son durumu da qiymətləndirdik. Əfqanıstandakı vəziyyəti də eləcə. Qarabağ bu gün yenə də regional məsələlərimizdən biri oldu. Suriyada siyasi proses üçün sahədə dincliyin davam etməsi üçün Rusiya ilə işləyəməyə davam edəcəyik. Hazırda Suriya üçün ən faydalı mexanizm Astana prosesidir" deyib.

Çavuşoğlu “Türkiyə ilə Rusiyanın məqsədi Qarabağda sülh və sabitliyin dayanıqlı olmasıdır” deyə vurğulayıb.

Mövlud Çavuşoğlu Liviya ilə əlaqəli qiymətləndirməsində isə, "Liviyada ölkənin siyasi birliyi və ərazi bütövlüyü hamımızın razılaşdığımız bir prioritetdir" ifadələrindən istifadə edib.

Nazir Çavuşoğlu Rusiya ilə  yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd sertifikatları ilə əlaqədar, "Peyvənd sertifikatlarımızın qarşılıqlı tanınması ilə bağlı təklifimizi Rusiyaya çatdırdıq" deyə bildirib. .

Rusiyanın xarici işlər naziri Lavrov da turizmin davam etdirilməsi üçün Türkiyə ilə fəaliyyətləri davam etdirəcəklərini ifadə edərək, "Vətəndaşlarımız Antalyanı cəlbedici bir yer olaraq görürlər. Gələcəkdə bu turizmin davam etməsi üçün çalışmağa davam edəcəyik" deyib.

Lavrov "Montrö Konvensiyasının icrası ilə bağlı Türk dostlarımız və həkarlarımızla qarşılıqlı fəaliyyətdən məmnunuq" deyə qeyd edib və ""Kanal İstanbul"un inşası heç bir şəkildə xarici hərbi birləşmələrin orada yerləşməsinə zəmin yaratmayacaq" deyib.

Lavrov Azərbaycandakı ortaq idarəetmə mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiklərini söyləyib.

“Biz bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

 Lavrov  çıxışında, Sputnik V peyvəndinin Türkiyəyə göndərilməsinin və birgə istehsalının epidemiyaya qarşı ümumi mübarizə üçün vacib olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr