Turizm Naziri Mehmət Nuri Ərsoy Böyük Britaniyalı nazir ilə görüşüb

Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyi nəzdində Avropa Qonşuluq və Amerika qitəsi üzrə nazir Wendy Morton səfərdə olduğu Ankarada görüşlər keçirir.

1666717
Turizm Naziri Mehmət Nuri Ərsoy Böyük Britaniyalı nazir ilə görüşüb

Mədəniyyət və Turizm Naziri Mehmət Nuri Ərsoy, Türkiyədə səfərdə  olan Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyi nəzdində Avropa Qonşuluq və Amerika qitəsi üzrə nazir Wendy Morton ilə bir araya gəlib. 

Nazirliyin sosial media hesabında  görüşə dair açıqlama verilib. Bildirilib ki, mədəniyyət və turizm naziri Mehmət Nuri Ərsoy ilə Morton arasında baş tutan danışıqda beynəlxalq mədəniyyət və turizm sahəsində cərəyan edən proseslər müzakirə  edilib. Görüşdə İngiltərənin Ankara səfiri Dominick Chilcott da iştirak edib.

 



Әlaqәli Xәbәrlәr