Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında Antalyada görüş keçiriləcək

İyunun 30-da Türkiyə və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.

1666510
Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında Antalyada görüş keçiriləcək

Rusiya xarici işlər naziri Sergey Lavrov 30 iyunda Türkiyəyə gələcək. 
Danışıqlar zamanı regional məsələlərlə yanaşı Türkiyə-Rusiya ikitərəfli münasibətləri müzakirə ediləcək.

Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Sergey Lavrovun xarici işlər naziri Mövlud Çabuşoğlunun dəvəti ilə Türkiyəyə gələcəyi ifadə edilib..

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə də, iyunun 30-da S.Lavrov Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün Antalyaya səfər edəcək.

Görüşdə Çavuşoğlu və Lavrovun Cənubi Qafqaz, Orta Şərq və Şimali Afrika, Ukrayna, Şərqi Aralıq dənizi və Qara dəniz regionundakı vəziyyət, Suriya, Liviya və Əfqanıstan məsələlərini müzakirə edəcəkləri bildirilib. 

İki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın inkişafı ilə əlaqəli mövzuların da müzakirə olunacağı qeyd edilən məlumatda "Cari ilin yanvar-aprel ayları arasında qarşılıqlı ticarət həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz artaraq 9 milyard 100 min dollara çatmışdır" deyə bildirilib.

Məlumatda iki ölkə arasında hərbi-texniki və yüksək texnologiya sahəsindəki əməkdaşlığın da müzakirə ediləcəyi və yeni növ koronavirus (Covid-19) ilə mübarizə, "Covid-19" əleyhinə "Sputnik V" peyvəndinin Türkiyədə istifadəsi və istehsalı kimi mövzuların da də müzakirə ediləcəyi bildirilib. 

Türkiyə ilə Rusiya arasında siyasi dialoqun sıx olduğu vurğulanan məlumatda Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin bu il altı dəfə telefonla əlaqə saxladıqları xatırladılıb.



Әlaqәli Xәbәrlәr