Hulusi Akar: "Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edir"

Milli müdafiə naziri Hulusi Akar terror yuvalarına, sığınacaq yerlərinə girildiyini bildirərək, terrora son qoyacaqlarını söyləyib.

1664361
Hulusi Akar: "Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edir"

Milli müdafiə naziri Hulusi Akar terror yuvalarına, sığınacaq yerlərinə girildiyini bildirərək, terrora son qoyacaqlarını söyləyib.

Akar Türkiyə Silahlı Qüvvələri (TSQ) komandanlığı ilə birlikdə terrorla mübarizə əməliyyatlarında vacib vəzifələr öhdələnən Diyarbəkirdəki hərbi bazalarda tədqiqatlar aparıb.

Akar çıxışında terrorla mübarizə əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və ölkədən kənarda böyük uğurlar əldə etdiyini dilə gətirib və şəxsi heyəti uğurlarına görə təbrik edib.

Akar "İraqın şimalında terrora son qoyacağıq. Terror yuvalarına, terrorçuların sığınacaqlarına girildi, bu yerlər başlarına yıxıldı və yıxılmağa davam edir. Sinat-Haftanin, Metina, Zap, Avaşin-Basyan, Hakurk, daha sonra Qara, Qəndil və Asos da daxil olmaqla terrorçular harada olsalar biz də oradayıq. Hara qaçsalar da terrora son qoyacağıq" deyib.



Әlaqәli Xәbәrlәr