Mustafa Şentop: "Monteneqro Cənub-Şərqi Avropanın sülh və sabitliyinə töhfə verən dost ölkədir"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, Monteneqro Parlamentinin sədri Aleksa Becic ilə görüş keçirib.

1662929

Şentop Antalyada təşkil edilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Parlament Assambleyasının (SEECP) 8-ci ümumi iclasına qatılan Becic ilə ikitərəfli görüşdə bir araya gəlib. 

Türkiyənin Monteneqro ilə ortaq bir tarix və mədəniyyəti bölüşdüyünü söyləyən Şentop ölkələr arasındakı yüksək səviyyəli səfərlərin əlaqələrin inkişafına konstruktiv töhfə verdiyini söyləyib.

Şentop yeni növ koronavirus epidemiyası dövründə Türkiyənin digər ölkələrlə olduğu kimi Monteneqro ilə də mənalı həmrəylik nümayiş etdirdiyini vurğulayaraq, "Monteneqro, çoxmədəniyyətli və etnik quruluşu ilə bizim üçün Cənub-Şərqi Avropanın sülh və sabitliyinə töhfə verən dost bir ölkədir. Dincliyinə, rifah və sabitliyinə önəm verdiyimiz dostlarımızın və qohumlarımızın yaşadığı ölkədəki inkişafları yaxından izləyirik" deyib.

Әlaqәli Xәbәrlәr