Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (21 iyun)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra təşkil edilən mətbuat konfransında Türkiyədə 1 iyuldan başlayaraq küçəyə çıxma məhdudlaşdırmalarının tamamilə aradan qaldırıldığını bildirdi

1662257
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (21 iyun)

 

  Türkiyədə yeni tip korona virusundan (Covid-19) iyunun 21-də 51 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 49.236 olub.

  Bir gündə 221 min 52 test edilərək 429 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 5294-dür.

  Müalicəsi tamamlanan 5093 nəfərlə yaxşılaşanların sayı 5 milyon 237 min 731-ə yüksəlib.     

  “Covid-19”la mübarizə çərçivəsində Türkiyədə vurulan birinci və ikinci doza peyvənd sayı isə Türkiyə saatı ilə 19.57-yə qədər 42 milyon 677 min 214-ü keçib.

  İyunun 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra təşkil edilən mətbuat konfransında Türkiyədə 1 iyuldan başlayaraq küçəyə çıxma məhdudlaşdırmalarının tamamilə aradan qaldırıldığını bildirib, “Covid-19” peyvəndləməsi ilə bağlı isə "Son bir həftədə dünyada ən çox peyvənd edən ölkə mövqeyindəyik. Hədəfimiz bir neçə həftə ərzində 18 yaş üzərindəki əhaliyə keçməkdir" deyib.



Әlaqәli Xәbәrlәr