Türkiyə Qarabağ şəhid və qazi uşaqları təhsil təqaüdü ayırdı

YTB-nin rəhbəri Abdullah Eren İkinci Qarabağ Müharibəsi şəhid və qazilərinin uşaqları üçün bu il Türkiyə Təqaüdləri (Türkiye Bursları) proqramı çərçivəsində xüsusi vakansiya (kontingent) ayırdıqlarını söylədi

1659973
Türkiyə Qarabağ şəhid və qazi uşaqları təhsil təqaüdü ayırdı

 

  Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) departamentinin rəhbəri Abdullah Eren İkinci Qarabağ Müharibəsi şəhid və qazilərinin uşaqları üçün bu il Türkiyə Təqaüdləri (Türkiye Bursları) proqramı çərçivəsində xüsusi vakansiya (kontingent) ayırdıqlarını söylədi.

  YTB-dən verilən məlumata görə, Abdullah Eren Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Qarabağda şəhid və qazi olan qəhrəmanların ailələri üçün qurulan Yaşat Fonduna baş çəkib. Fondun səlahiyyətli nümayəndələri ilə bir araya gələn A.Eren Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduqlarını vurğulayaraq deyib: “Qarabağ Zəfərində şəhid və qazi olan qəhrəmanların uşaqlarına bu il Türkiyə Təqaüdləri proqramı çərçivəsində xüsusi vakansiya ayırdıq. YTB fəaliyyət sahələrindəki iş və layihələri ilə Azərbaycana dəstəyini günbəgün artırır”.

  Abdullar Eren Bakıda Xəzər Universitetinə gedib, burada həm də Türkiyə Məzunu Alim və İş Adamları Platforması nümayəndələri ilə görüşüb, Türkiyə məzunlarının iki ölkə əlaqələrini gücləndirən mühüm faktorlar olduğuna diqqət çəkib.

  YTB başçısına adı çəkilən platforma tərəfindən Azərbaycana təhsil sahəsində göstərdiyi dəstəyə görə "Qardaşlıq” mükafatı təqdim edilib.



Әlaqәli Xәbәrlәr