Antalya iki əhəmiyyətli sammitə ev sahibliyi edir

Antalya prezident Ərdoğanın iştirakı ilə keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Dövlət və Hökumət Başçıları sammitinə ev sahibliyi edir.

1659637
Antalya iki əhəmiyyətli sammitə ev sahibliyi edir

Zirvə toplantıları Azərbaycana səfərini tamamlayanraq Tüçrkiyəyə qayıdan Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsindi keçiriləcək.

Prezident Ərdoğan həmin toplantılarda iştirak etmək üçün Azərbaycan səfərindən sonra ölkəyə qayıdarkən Ankaraya gəlməzdən əvvəl Antalyaya gedib.

Ərdoğan bu gün Antalyada keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Dövlət və Hökumət Başçıları sammitinə, sabah isə Antalya Diplomatiya Forumuna qatılacaq.

Prezident Ərdoğanın himayəsi altında keçiriləcək hər iki sammitə iştirakın sıx olacağı gözlinir.

Qeyd edək ki, iclaslarda qəbul ediləcək qərarlar çərçivəsində Cənub-Şərqi Avropa 2030 Strateji Sənədi hazırlanacaq.

Zirvə toplantıları həm Türkiyənin, həm də Antalyanın təqdimatına töhfə verəcək.

 



Әlaqәli Xәbәrlәr