Prezident Ərdoğan liderlərə Türkiyənin terrorla mübarizəsinin şərh olunduğu kitab verib

Prezident Rəcəb Tayyib Ərdoğan 14 iyunda NATO Sammitində görüş keçirdiyi liderlərə Türkiyənin terror təşkilatları YPG/PKK, FETO və DEAŞ ilə mübarizəsinin şərh edildiyi "Türkiyənin terrorla mücadiləsi" kitabını verib.

1658259

Ərdoğan həmin kitabı zirvə toplantısı zamanı görüş keçirdiyi ABŞ Prezidenti Co Baydenə, həmçinin İngiltərənin Baş naziri Boris Conson və Almaniyanın kansleri Angela Merkelə verib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən ingilis dilində hazırlanan "Türkiyənin terrora qarşı mücadiləsi" kitabı YPG/PKK, FETO və DEAŞ olmaqla üç hissədən ibarətdir.

Kitabda Türkiyənin müttəfiqlərindən gözləntisinin "suverenlik hüquqlarına və təhlükəsizlik həssaslığına hörmət edilməsi və YPG/PKK, DEAŞ və FETÖ daxil olmaqla bütün terror təşkilatlarına qarşı mübarizədə konkret olaraq onun yanında dayanmaq" olduğu vurğulanır.

Әlaqәli Xәbәrlәr