Prezident Ərdoğanın NATO sammitinə qatılan liderlərlə görüşü davam edir

Prezident Rəcəb Tayyib Ərdoğan, Belçikanın paytaxtı Brüsseldə Fransa Prezidenti Emmanuel Macron ilə görüşdü.

1657524
Prezident Ərdoğanın NATO sammitinə qatılan liderlərlə görüşü davam edir

İki lider arasında NATO Zirvəsi çərçivəsində NATO-nun mənzil-qərargahında baş tutan görüş qapalı qapılar arxasında reallaşıb.

Ərdoğanın ABŞ prezidenti Co Baydan  ilә görüşü  isә  Türkiyə vaxtı ilə saat 18.00-dә  baş tutacaq. Prezident hәmin  görüşdәn  sonra  mətbuat konfransı təşkil edəcək.

Prezident Ərdoğan dünən dә Macarıstan Baş Naziri Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda və Latviya Prezidenti Egils Levits ilə  bir araya  gәlib.

Dövlət başçısı daha sonra İngiltərənin Baş naziri Boris Conson və Almaniya kansleri Angela Merkel ilə ayrı-ayrı bir araya gəlib.

 Prezident Ərdoğanın  Yunanistan Baş naziri Kiryakos Mitsotakis ilə də görüşü gözlənir.



Әlaqәli Xәbәrlәr