“Türkiyə ilə Liviya arasında əməkdaşlıq imkanları inkişaf etdirilməlidir”, M.Mənfi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Liviya prezidenti Məhəmməd əl-Mənfiyə çatdıran Çavuşoğlu ölkənin suverenliyi və sabitliyini dəstəklədiklərini bildirib

1656850
“Türkiyə ilə Liviya arasında əməkdaşlıq imkanları inkişaf etdirilməlidir”, M.Mənfi

 

  Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfi Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

  12 iyunda Liviyaya rəsmi səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və başçılıq etdiyi nümayəndə heyəti ilə paytaxt Tripolidə görüşən Mənfi Türkiyə ilə Liviya arasındakı tarixi əlaqələrin dərinliyinə diqqət çəkərək əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinin vacibliyini söyləyib.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Liviya prezidenti Məhəmməd əl-Mənfiyə çatdıran Çavuşoğlu ölkənin suverenliyi və sabitliyini dəstəklədiklərini bildirib.

  Qeyd edək ki, M.Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 12-də Liviya Prezident Şurasının sədri M.Mənfi, Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe və Liviya Prezident Şurasının üzvləri Abdullah əl-Lafi və Musa əl-Koni ilə görüşdükdən sonra ölkəni tərk edib.



Әlaqәli Xәbәrlәr