“II Berlin Konfransından əvvəl Liviyaya dəstəyimizi vurğuladıq”, M.Çavuşoğlu

Toplantıdan əvvəl M.Çavuşoğlu “twitter” hesabından sözügedən mövzu ilə bağlı yazıb...

1656785
“II Berlin Konfransından əvvəl Liviyaya dəstəyimizi vurğuladıq”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Liviyaya gedib və Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe və ölkənin prezident administrasiyasının üzvləri Abdullah əl-Lafi və Musa əl-Koni ilə görüşüb.

  Toplantıdan əvvəl M.Çavuşoğlu “twitter” hesabından sözügedən mövzu ilə bağlı yazıb: "Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ilə görüşdük. II Berlin Konfransından əvvəl Liviya hökumətinə dəstəyimizi vurğuladıq. İşbirliyimiz təhlükəsiz, sabit və firavan bir Liviya üçün davam edəcək."

  Qeyd edək ki, Liviyadakı rəsmi görüşlərdə Mövlud Çavuşoğlu ilə yanaşı Türkiyənin milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, baş qərargah rəisi Yaşar Güler, milli kəşfiyyat təşkilatının rəisi Hakan Fidan, Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın da iştirak edib.



Әlaqәli Xәbәrlәr