"Pəncə-Yıldırım" əməliyyatı bölgəsində bir hərbçi şəhid olub

İraqın şimalında "Pəncə-Yıldırım" əməliyyatı bölgəsinə istiqamətli terror təşkilatları tərəfindən həyata keçirilən raket hücumunda bir əsgərimiz şəhid olub.

1656440

Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada "Pəncə-Yıldırım" əməliyyatı bölgəsində dünən (11 iyun) baza bölgələrindən birinə terror təşkilatı PKK üzvləri tərəfindən həyata keçirilən raket hücumu nəticəsində bir əsgərin ağır yaralandığı və aparıldığı xəstəxanada şəhid olduğu bildirilib.

Açıqlamada "Bizi dərin ağrı və kədərlə qərq edən bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbr diləyirik" deyilib.

Әlaqәli Xәbәrlәr