Prezident Ərdoğan NATO sammitində bu liderlərlə görüşəcək

Prezident Rəcəb Tayyib Ərdoğan, 14 iyun tarixində Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Sammitində başda ABŞ prezidenti co Bayden olmaqla bir çox liderlə görüşəcək.

1656029
Prezident Ərdoğan NATO sammitində bu liderlərlə görüşəcək

Prezident Ərdoğan, 13 İyunda dövlət və hökumət başçılarının iştirakı ilə NATO qərargahında keçiriləcək sammitə qatılmaq üçün Belçikaya gedəcək. NATO-ya üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək olan Ərdoğan, ABŞ Prezidenti Bayden, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Egils Levits, Almaniya Kansleri Angela Merkel, İngiltərə Baş Naziri Boris Johnson və Yunanıstan Baş naziri Kiryakos Mitsotakis bir araya gələcək. Ərdoğanın Fransa Prezidenti Emmanuel Macron və Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşü də planlaşdırılır. Görüşlərdə NATO-dakı ittifaqa əlavə olaraq ikitərəfli münasibətlər və regional məsələlərin gündəmdə olacağı gözlənilir. Ərdoğan-Bayden görüşü, Bayden prezident seçildikdən sonra iki lider arasında baş tutacaq ilk görüş olacaq.

Prezident Ərdoğanın rəhbərlik edəcəyi Türk nümayəndə heyətinin keçirəcəyi görüşlərdə bölgədə cərəyan edən proseslər, Türkiyənin suveren hüquqlarına hörmət və təhlükəsizlik həssaslığı kimi mövzular gündəmə daxil ediləcək və Türkiyənin bu məsələlərdə qətiyyəti, ittifaq çərçivəsində öhdəliklərini yerinə yetirən üzv bir dövlət olduğu vurğulanacaq. Terrorizmlə mübarizə və humanitar böhranlara təsirli müdaxilə mövzusunda əməkdaşlıq təklifləri təkrarlanacaq. Zirvədə, NATO və ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra ehtimal olunan terror təhdidinə qarşı NATO və müttəfiqlərinin fərdi dəstəyinin davam etməsinin vacibliyi xatırladılacaq. Türkiyənin bu çərçivədə sülh prosesinin uğurla davam etdirilməsi üçün öhdəliklərini əməl edəcəyinə diqqət çəkiləcək.



Әlaqәli Xәbәrlәr