Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın parlament nümayəndə heyətini qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycanın parlament nümayəndə heyətini qəbul edib.

1654803
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın parlament nümayəndə heyətini qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş Prezident Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat qrupu qarşısında çıxışından sonra keçirilib.

Görüşdən sonra xatirə şəkli çəkdirilib.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Rəcəb Akdağ ilə də görüşüb.

Görüşdə Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi, eləcə də parlamentlərin müvafiq komissiyaları arasındakı münasibətlərdən bəhs olunub, əlaqələrin inkişafı yüksək dəyərləndirilib, təcavüzkar Ermənistan üzərində qazanılan şanlı Zəfər iftixarla xatırlanıb, Qələbədən sonrakı dövrdə səhiyyə sahəsində əməkdaşlığın qarşıya qoyduğu mühüm vəzifələrdən danışılıb.



Әlaqәli Xәbәrlәr