Amasra-1 quyusundan hasil edilən qaz sınaq edildi

Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz, Qara dənizdə aşkarlanan Amasra-1 quyusundan çıxarılan təbii qazın mühəndislər tərəfindən yandırılaraq enerjiyə çevrildiyini bildirdi.

1654391
Amasra-1 quyusundan hasil edilən qaz sınaq edildi

Fatih Dönməz Twitter hesabında qazın laboratoriya mühitində ilk dəfə yandırılaraq sınaq edildiyi görüntüləri paylaşıb və təbii qazın enerjiyə çevrildiğini, bunun sənayenin güclənməsinə töhvə verəcəyini qeyd edib.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan, keçən həftə Fatih qazma gəmisinin, Qara dənizdəki Şimali Sakarya Qaz Sahəsində yerləşən Amasra-1 quyusunda 135 milyard kubmetrlik yeni ehtiyat kəşf etdiyini açıqladı.

Sözügedən kəşflə Türkiyənin Qara dənizdə aşkar edilmiş ümumi qaz ehtiyatları 540 milyard kubmetrə çatıb.



Әlaqәli Xәbәrlәr