Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyadakı "Sülh çeşməsi" əməliyyatı bölgəsində bir maşına yerləşdirilmiş iki bomba məhv edillib.

1653556
Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyadakı "Sülh çeşməsi" əməliyyatı bölgəsində bir maşına yerləşdirilmiş iki bomba məhv edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, "Sülh çeşməsi" əməliyyatı bölgəsindəki Tel Hamutdakı Sualtı Müdafiə (SAS) Qrupumuz boş bir ərazidə şübhəli bir maşın aşkarlayıb. İstintaq zamanı maşının içərisində yerləşdirilmiş iki partlayıcı tapılıb. SAS dəstəsi maşını təhlükəsiz şəkildə məhv edib.

Açıqlamada bombanın məhv edilməsinə dair görüntülər də yer alıb.

Digər tərəfdən, Suriyada "Fərat qalxanı" və "Sülh çeşməsi" bölgələrində bölücü terror təşkilatı PKK/YPG-nin 6 terrorçusu zərərsizləşdirilib.

Ölkə daxilində həyata keçirilən terrorla mübarizə çərçivəsində isə Van vilayətinin Başkalə qəsəbəsində çox sayda silah-sursat və təşkilata aid material ələ keçirilib.

Başkalə ərazilərində zərərsizləşdirilən 3 terrorçudan birinin axtarılan terrorçu siyahısında boz kateqoriyasında olan PKK-nın Başkale zabiti adlandırılan "Agit" kod adlı Gökhan Dəmir olduğu bildirilib.

Şırnak vilayətinin mərkəz qəsəbəsi Cudi dağı Tuşimiya vadisi bölgəsindəki komando dəstələrinin təşkil etdiyi əməliyyatda baş verən qarşıdurmada da bir terrorçu silahı ilə zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr