Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsinin ilkin mərhələsi 2023-cü ildə tamamlanacaq

Bununla bağlı Türk Petrol A.Ş.-dən (TPAO) açıqlama verilib

1652418
Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsinin ilkin mərhələsi 2023-cü ildə tamamlanacaq

 

  Türkiyənin “Fatih” kəşfiyyat gəmisi Qara dənizdə “Sakarya” yatağındakı “Amasra-1” quyusunda 135 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb. Bununla da Qara dənizdə araşdırma aparan “Fatih” gəmisi tərəfindən aşkarlanan ümumi təbii qaz ehtiyatı 540 milyard kubmetrə çatıb. Bununla bağlı Türk Petrol A.Ş.-dən (TPAO) açıqlama verilib. Bildirilib ki, “Fatih” gəmisi suyun 1938 metr dərinliyində və 3850 metrlik son dərinlikdə qazdığı “Amasra-1” quyusunda edilən yeni kəşf Sakarya Qaz Sahəsinin İnkişafı layihəsinə daxil ediləcək. Layihə çərçivəsində dəniz dibində təbii qaz istehsal sistemləri, Filyos Sənaye Bölgəsində təbii qaz emalı zavodu və hər iki bölməni birləşdirəcək boru kəmərləri inşa ediləcək.

  2023-cü ildə tamamlanması planlaşdırılan Sakarya Qaz Sahəsinin İnkişafı layihəsinin ilk mərhələsində qurudaki emal müəssisəsinə gündəlik 10 milyon kubmetrə qədər təbii qazın çatdırılması nəzərdə tutulur. Növbəti illərdə bu rəqəmin gündə 40 milyon kubmetrə çatdırılması gözlənilir.

  Açıqlamada fikirləri yer alan TPAO-nun İdarə Heyətinin sədri və baş meneceri Melih Han Bilgin kəşfiyyat fəaliyyətində qabaqcıl texnologiya və riyazi modelləşdirmə metodlarından istifadə edilərək seysmik məlumat toplama işlərinin aparıldığını bildirib.



Әlaqәli Xәbәrlәr