“Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı görür”,R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin son 14 ildə Gürcüstanın ən böyük ticarət ortağı olduğunu vurğulayıb...

1649834
“Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı görür”,R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin son 14 ildə Gürcüstanın ən böyük ticarət ortağı olduğunu vurğulayıb: “İqtisadi prosesləri sürətləndirəcək gömrük müqavilələri üzərində çalışırıq. Ticarət həcmində artıq hədəfimiz 3 milyard dollardır".

  Türkiyədə rəsmi səfərdə olan Gürcüstanın baş naziri İraqli Qaribaşvili ilə Prezident Aparatında təşkil edilən ortaq mətbuat konfransında çıxış edən Ərdoğan deyib: "Hörmətli baş nazir Türkiyəni yaxından tanıyan bir rəhbərdir. Bu il Türkiyədə ilk diplomatik nümayəndəliklərdən olan Gürcüstan Səfirliyinin 100, ölkənin müstəqilliyinin bərpa olunmasının 30-cu ilini qeyd edirik.

  Türkiyə son 14 ildə Gürcüstanın ən böyük ticarət ortağı olub. İqtisadi prosesləri sürətləndirəcək gömrük müqavilələri üzərində çalışırıq. Ticarət həcmində artıq hədəfimiz 3 milyard dollardır”.

  Ərdoğan Qaribaşvili ilə Fətullahçı Terror Təşkilatı (FETÖ) başda olmaqla terrorla mübarizə mövzusundan danışıb, Türkiyənin Gürcüstanın suverenliyi və torpaq bütövlüyünə dəstəyini xatırladıb, Gürcüstanla böyük layihələrə toxunaraq deyib: "Cənub qaz koridorunu yaradırıq. Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı olaraq görür.

  Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı - bütün bunlara Türkiyə olaraq varıq."

  Gürcüstanın baş naziri İraqli Qaribaşvili də öz növbəsindəki çıxışında bu sözləri söyləyib: "Hər yerdə Gürcüstanın suverenliyi və həm də NATO-ya üzvlüyümüzü dəstəklədiyiniz üçün minnətdarıq.

  Gürcüstan, Türkiyə və Azərbaycan eyni taleyi paylaşıb və güclü bağlarının olması, gözəl əməkdaşlıq və dostluqları təqdirə layiqdir. Ortaq səylərimizlə ikili, üçlü və çoxtərəfli formatları inkişaf etdirə bilməmiz üçün gözəl təməllər vardır."



Әlaqәli Xәbәrlәr