Gün ərzində zərərsizləşdirilən terrorçu sayı 10 olub

Türkiyənin Ədirnə şəhərindən qanunsuz olaraq Yunanıstana keçməyə cəhd edən 5 nəfər tutulub.

1649236
Gün ərzində zərərsizləşdirilən terrorçu sayı 10 olub

Türkiyənin Ədirnə şəhərindən qanunsuz olaraq Yunanıstana keçməyə cəhd edən 5 nəfər tutulub. 
Həbs olunanlardan 2 nəfərin bölücü terror təşkilatı PKK üzvü olduğu müəyyən edilib.

Milli Müdafiə Nazirliyi "Twitter" hesabından mövzu ilə əlaqədar açıqlama verib.

Açıqlamaya görə, Yunanıstana qanunsuz keçməyə çalışan 5 nəfər Ədirnə sərhədində tutulub. Onlardan ikisinin terror təşkilatı PKK üzvü olduğu aşkarlanıb.

İraqın şimalındakı Qara bölgəsində 5, Zap bölgəsində 3, Suriyada isə "Fərat qalxanı" əməliyyatı bölgəsinə soxulmağa cəhd edən 2 terrorçu zərərsizləşdirilib.

Beləliklə, gün ərzində zərərsizləşdirilən terrorçu sayının 10 olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr