Fətullah Gülənin qohumu tutularaq Türkiyəyə gətirildi

FETÖ/PDY-nin sözdə “ölkə məsulları”ndan olan bu adamın təşkilat başçısının təlimatı və FETÖ-çülərin köməyilə xaricə qaçdığı təsbit edilib

1648782
Fətullah Gülənin qohumu tutularaq Türkiyəyə gətirildi

 

  FETÖ/PDY-nin (Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Qurumu) dəstəbaşı Fətullah Gülənin qohumu Səlahaddin Gülən Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində tutularaq Türkiyəyə gətirilib.

  Məlumata görə, FETÖ/PDY-nin sözdə “ölkə məsulları”ndan olan bu adamın təşkilat başçısının təlimatı və FETÖ-çülərin köməyilə xaricə qaçdığı təsbit edilib. "Silahlı terror təşkilatına üzv olma" maddəsi ilə cinayətə cəlb olunan Səlahaddin Gülənin təşkilatın sözdə “müşavirə heyəti üzvləri” və “üst səviyyə məsulları” ilə əlaqəsi olduğu müəyyənləşib. O, MİT tərəfindən xaricdə aparılan əməliyyat nəticəsində Türkiyəyə gətirilib.



Әlaqәli Xәbәrlәr