Türkiyə BMT-dəki Qəzza nümayəndəsinə sərt reaksiya verdi

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç sözügedən mövzu ilə bağlı bildirib...

1646312
Türkiyə BMT-dəki Qəzza nümayəndəsinə sərt reaksiya verdi

 

  Türkiyə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin (UNRWA) Qəzza üzrə direktoru Matias Şamalinin İsrailin Qəzzadakı vətəndaşları hədəf almadığı iddiasına reaksiya verdi.

  Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç sözügedən mövzu ilə bağlı bildirib: “BMT Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi Qəzza direktorunun İsrailin 11 gün boyu Qəzzaya qarşı davam etdirdiyi, 66-ı uşaq olmaqla 250-dən çox fələstinlinin öldürülməsi və 2 mindən çoxunun yaralanmasına gətirib çıxaran hücumlarında “vətəndaşların hədəfə alınmadığı” şəklində mətbuata məlumat verməsi yanlış və son dərəcə təhlükəlidir.

   BMT özü bu hücumlarda nə qədər bina və məktəblərin zərər gördüyünü yazır.

  İsrailin hücumlarında fələstinli günahsız vətəndaşlarla yanaşı məktəb, xəstəxana, yardım qurumları, media orqanları, yaşayış evləri də hədəfə alınıb. Bunlar orada vəzifələrini icra edən beynəlxalq mətbuat qurumları tərəfindən qeydə alınan görüntülərdə də inkar edilə bilməyəcək şəkildə vardır, sənədləşibdir.

  Həyatını itirən uşaqlardan 19-unun Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi məktəblərində şagird olduqları da BMT-nin gündəlik hesabatlarında qeydlidir.

  Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Qəzza üzrə nümayəndəsinin İsrailin həddindən artıq nisbətsiz güc istifadəsini qulaqardına vurması meydandakı gerçəkləri təhrif etmək və Fələstin xalqının ağrılarını artırmaq deməkdir”.



Әlaqәli Xәbәrlәr