“Bu mövzularda ABŞ-dan başqa hərəkət gözləyirik”, R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları ilə 100 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün səmimi, hörmətli, ortaq maraq və dəyərlərə söykənən bir yanaşmaya ehtiyac olduğunu söylədi

1646272
“Bu mövzularda ABŞ-dan başqa hərəkət gözləyirik”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları ilə 100 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün səmimi, hörmətli, ortaq maraq və dəyərlərə söykənən bir yanaşmaya ehtiyac olduğunu söylədi.

  Türkiyə Prezident Aparatında (Cumhurbaşkanlığı) ABŞ şirkətləri idarə heyətlərinin sədrləri ilə onlayn toplantıda çıxış edən Ərdoğan ayrı-ayrı mövzulara toxunaraq deyib: “İyun ayında sıx bir peyvəndetmə kampaniyası icra edərək ölkəmizdə normallaşmanı təmin edəcəyik.

  Türkiyə 1,8 faizlik nisbətlə Çindən sonra G-20-də ən yüksək inkişaf səviyyəsi göstərən bir ölkədir. 2021-ci ilin ilk rübündə ixracatımız əvvəlki ilin eyni dövrünə görə 45 faiz artaraq 4 milyard 272 milyon dollara çatıb. “Covid-19” epidemiyasının gətirib-çıxardığı naməlumluqlara baxmayaraq, Türkiyəyə olan sərmayə tələbində ciddi artım müşahidə olunur.

  ABŞ ilə Türkiyə arasında 100 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün səmimi, hörmətli, ortaq maraqlara və dəyərlərə söykənən bir yanaşmaya ehtiyac var.

  Üç qitənin ürəyi mövqeyində yerləşən Türkiyəni qlobal istehsal və texnologiya əsaslı səviyyəyə çıxaracağımıza inanıram.

  ABŞ prezidenti hörmətli Co Baydenlə 14 iyunda Belçikanın paytaxtı Brüsseldə NATO zirvə toplantısında keçirəcəyimiz görüşün yeni dövrün müjdəçisi olacağına inanıram.

  Polad və alüminium sektoruna əlavə tariflər, Türkiyənin ümumiləşdirilmiş seçimlər sistemi xaricində buraxılması, ixrac məhsullarımıza qarşı “anti-damping” tətbiqləri bizə yaraşmır. Bu mövzularda ABŞ-dan daha quruluşçu bir hərəkət etməsini gözləyirik."



Әlaqәli Xәbәrlәr