“Eren-8 Amanoslar” əməliyyatı ilə terror təşkilatına ağır zərbə endirilib

Jandarma Komandanlığı birləşmələrinin Payas qəsəbəsində həyata keçirdikləri “Eren-8 Amanoslar” əməliyyatı zamanı təsbit edilən iki yeraltı anbarda axtarış aparılıb

1643139
“Eren-8 Amanoslar” əməliyyatı ilə terror təşkilatına ağır zərbə endirilib

 

  Türkiyə Silahlı Qüvvələrinin Amanos dağlarında separatçı terror təşkilatı PKK-ya qarşı mübarizəsi çərçivəsində həyata keçirdiyi “Eren-8 Amanoslar” əməliyyatı zamanı aşkarlanan iki yeraltı anbarda çox sayda silah və sursat ələ keçirilib.

  Valilik tərəfindən verilən məlumata görə, Jandarma Komandanlığı birləşmələrinin Payas qəsəbəsində həyata keçirdikləri “Eren-8 Amanoslar” əməliyyatı zamanı təsbit edilən iki yeraltı anbarda axtarış aparılıb.

  Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin ölkədə həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində daha müqavimət gücü qalmayan PKK terror təşkilatına məxsus mağara, sığınacaq və xeyli silah və sursat məhv edilib.

 



Әlaqәli Xәbәrlәr