Təyyarədə Türkiyə milli komandası azarkeşlərinin adları yazılacaq

Adını formaya yazdırmaq istəyən azarkeşlərin ad və soyadlarını mayın 23-dək şirkətin “tarihiforma.com” internet ünvanına göndərmələri xahiş olunur

1642111
Təyyarədə Türkiyə milli komandası azarkeşlərinin adları yazılacaq

 

  Türkiyə Hava Yollarına məxsus təyyarənin üzərində Türkiyə milli komandası azarkeşlərinin adları yazılacaq

  Futbol üzrə Türkiyə milli futbol komandasını “Avro-2020”nin oyunları keçirəcəyi şəhərlərə aparacaq Türkiyə Hava Yollarına məxsus təyyarəyə yerləşdiriləcək xüsusi formanın üzərində yığmanın azarkeşlərinin adları yazılacaq. Bu barədə aviaşirkətdən məlumat verilib. Təşəbbüs Türkiyədə hər il böyük təntənə ilə keçirilən 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramına həsr olunub. Adını formaya yazdırmaq istəyən azarkeşlərin ad və soyadlarını mayın 23-dək şirkətin “tarihiforma.com” internet ünvanına göndərmələri xahiş olunur.

  Qeyd edək ki, keçən il “Tarixi səyahət” adı altında həyata keçirilən eyni təşəbbüslə Türkiyə Hava Yolları 9 milyon nəfərin adını yazmaqla dünyada ən çox sərnişinə diqqət göstərən aviaşirkət sayılmışdı.

 



Әlaqәli Xәbәrlәr