Rәcәb Tayyib Әrdoğan vә Papa Fransisk arasında telefon danışığı olub

Bu barәdә Türkiyә Prezident Administrasiyasının mәtbuat xidmәtinin yaydığı mәlumatda bildirilib.

1640747
Rәcәb Tayyib Әrdoğan vә Papa Fransisk arasında telefon danışığı olub

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Papa Fransisk arasında telefon danışığı olub.

Bu barәdә Türkiyә Prezident Administrasiyasının mәtbuat xidmәtinin yaydığı mәlumatda bildirilib. Mәlumata görә, tәrәflәr İsrailin Fәlәstinә tәşkil etdiyi hücumları müzakirә ediblәr.

Rәcәb Tayyib Әrdoğan söhbәt zamanı bildirib ki, İsrail törәtdiyi hücumlarla regional tәhlükәsizliyi dә tәhdid edir. Әrdoğan İsrailin Qüdsün statusunu da pozan qeyri-qanuni addımlarını dayandırmasının vә bütün bәşәriyyәtin İsrailә qarşı birlәşmәsinin әhәmiyyәtini vurğulayıb.

Rәcәb Tayyib Әrdoğan bildirib ki, beynәlxalq ictimaiyyәt İsrailә lazımi reaksiyanı göstәrmәlidir vә bu istiqamәtdә konkret baddımlar atmalıdır. Türkiyә bu çәrçivәdә  Birlәşmiş Millәtlәr Tәşkilatı başda olmaqla müvafiq bütün beynәlxalq platormalarda fәaliyyәtlәr aparır.



Әlaqәli Xәbәrlәr