"Beynəlxalq platformalarda Fələstin üçün mübarizəmizi davam etdirəcəyik", F.Altun

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrailin Qəzzaya yönüldilmiş hücumuna reaksiya verib.

1639169
"Beynəlxalq platformalarda Fələstin üçün mübarizəmizi davam etdirəcəyik", F.Altun

"Hər beynəlxalq platformada Fələstin üçün mübarizəmizi davam etdirəcəyik" 
Bunu Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesabında mövzu ilə bağlı paylaşımında yazıb.

Altun deyib ki, İsrail qətliamlarını və terror aktlarını fasiləsiz olaraq davam etdirir. İşğalçı İsrail illərdir qanunsuz şəkildə bütün insan hüquqlarını pozaraq mühasirədə saxladığı Qəzzada indi də qurudan əməliyyat başladır. Hər beynəlxalq platformada Fələstin üçün mübarizəmizi davam etdirəcəyik. İsrailin qanunsuz münasibətinə son qoymaq üçün nə lazımdırsa edəcəyik. Mübarizəmiz Fələstin tamamilə azad olunana qədər davam edəcəkdir. Bu qanunsuzluq və işğala dərhal son qoyulmalıdır.

Prezident Aparatının sözçüsü İbrahim Kalın da "Twitter " hesabından verdiyi açıqlamada "İsrailin hücumları yeni qırğınların xəbərçisidir. İsrailin qanunsuz və işğalçı mövqeyinə görə məsuliyyət götürməyə dəvət edirik. Türkiyə Fələstin xalqının yanında olmağa davam edəcək" deyib.


Etiketlәr: #Fələstin , #Qəzza

Әlaqәli Xәbәrlәr