Türkiyə Qızıl Aypara Cəmiyyətindən Fələstinə yardım

İsrailin Əl-Əqsa Məscidi və Qəzzada Fələstinlilərə hücumları nəticəsində təcili tibbi yardıma ehtiyacın atması səbəbi ilə Türkiyə Qızıl Aypara Cəmiyyəti Fələstin Qızıl Aypara cəmiyyətinə 500.000 TL dəyərində təcili dərman və tibbi vəsait göndərdi.

1637869
Türkiyə Qızıl Aypara Cəmiyyətindən Fələstinə yardım

Qüds və Qəzzadakı daimi heyətlər vasitəsi ilə Fələstin xalqına fasiləsiz humanitar yardım çatdıran Türkiyə Qızıl Aypara Cəmiyyəti, həmçinin Fələstin xalqının təcili tibbi ləvazimat və digər ehtiyaclarının tədarükü üçün yardım kampaniyası başladıb. Cəmiyyətin toplayacağı yardımlar Fələstin xalqının elan etdiyi ehtiyaclar üçün istifadə ediləcək.

 



Әlaqәli Xәbәrlәr