Türkiyə İsrail polisinin Fələstinlilərə müdaxiləsinə reaksiya verib

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çəlik, İsrail polisinin Məscidül-Əqsada ibadəd edən Fələstinlilərə qarşı müdaxiləsinə sərt reaksiya verib.

1637284
Türkiyə İsrail polisinin Fələstinlilərə müdaxiləsinə reaksiya verib

Ömər Çəlik sosial media hesabında paylaşdığı açıqlamada: “Məscidül-Əqsa xaricində fanatiklər də işğala hazırlaşırlar. Bu, qəddarlıq və qanunsuzluqdur. Beynəlxalq cəmiyyət bu zülmə biganə qalmamalıdır.”.

Ömər Çəlik qeyd edib ki, “Tərəflərə təmkinli olmağı tövsiyə edirik” deyənlər, bir tərəfin təcavüzkar, digər tərəfin qurban olduğunu gözdən yayındırırlar. Belə bir vəziyyətə biganə qalmaq zalimə dəstək hesab edilir. “Məscidül-Əqsanı” işğal etmək və Qüdsə yiyələnməkdən danışan fanatiklərin hər cür qeyri hümanitar hərəkətə üz tutmalarına baxmayaraq, tərəflərə təmkinli olmağı tövsiyə edirik kimi ifadələr, onları təşviq etməkdən özgə heç nə deyil.



Әlaqәli Xәbәrlәr