Türkiyədə ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 milyonu keçib

Türkiyədə yeni növ koronavirus (Covid-19) ilə mübarizə çərçivəsində iki doza peyvənd tətbiq olunanların sayı 10 milyonu keçib.

1635179

Səhiyyə Nazirliyinin ""Covid-19" Peyvənd Məlumat Platforması" nda yer alan anlıq məlumatlara görə, Türkiyə vaxtı ilə saat 10:30 etibarilə 14 milyon 352 min 956 nəfərə peyvəndin birinci dozası, 10 milyon 680 nəfərə isə ikinci doza tətbiq edilib.

Beləliklə, tətbiq edilən ümumi vaksin sayı 24 milyon 353 min 636-ya çıxıb.

Peyvəndlənmə proqramında indiyədək "Sinovac" və "BioNTech" vaksinlərindən istifadə edilərkən, "Sputnik V" vaksininin bu ay ərzində Türkiyəyə çatması gözlənilir.

Yerli koronavirus peyvəndinin hazırlanması üçün aparılan 18 araşdırmadan biri olan Erciyes Universitetinin inaktiv peyvəndinin üçüncü mərhələsi ilə bağlı tədqiqata da bir neçə həftə ərzində başlaması nəzərdə tutulur.

Әlaqәli Xәbәrlәr