Mövlud Çavuşoğlu: ‘‘Avropa ittifaqı Türkiyәyә verdiyi sözlәrә әmәl etmәdi’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 2015-ci ildәn etibarәn Egey dәnizi üzәrindәn Avropa İttifaqına keçәn qaçqınların sayının 92 % azaldığını, buna baxmayaraq Aİ-nın Türkiyәyә verdiyi sözlәrdә ciddi irәlilәyişin olmadığını bildirib.

1635481

Mövlud Çavuşoğlu almaniyalı jurnalist  Rainer Harmanna müsahibә verib.

Mövlud Çavuşoğlu  2016-cı ilin 18 mart tarixindә Aİ ilә Türkiyә arasında nizamsız miqrasiyaya dair әldә olunan müqavilәyә toxunaraq bildirib ki, 2015-ci ildәn etibarәn Egey dәnizi üzәrindәn Avropa ittifaqına keçәn qaçqınların sayı 92 % azalıb, buna baxmayaraq Aİ-nın Türkiyәyә verdiyi sözlәrdә ciddi irәlilәyiş olmayıb. Avropa İttifaqı vә üzv dövlәtlәr bu mövzudakı öhdәliklәrini görmәzlikdәn gәlirlәr, yalnız Türkiyәnin nizamsız miqrasiyanın qarşısının alınması ilә bağlı öhdәliklәrinә mәrkәzlәşmәyә üstünlük verirlәr.

Mövlud Çavuşoğlu Aİ-nın suriyalılar üçün könüllü humanitar qәbul sistemini aktivlәşdirmәdiyini vә müqavilәnin nәzәrdә tutduğu kimi suriyalıların terrorçulardan tәmizlәnmiş bölgәlәrә tәhlükәsiz vә könüllü şәkildә geri qayıtmasını dәstәklәmәdiyini ifadә edib.

Türkiyә ilә Rusiya arasındakı münasibәtlәrә dә toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘Rusiya ilә dialoqumuz regional vә beynәlxalq sabitliyә töhfә verәcәk’’.

Әlaqәli Xәbәrlәr