Türkiyə Şərqi Qüdslə bağlı İsrailə çağırış edib

Türkiyə İsrail hökumətini (Şərqi Qüdsdə) maneəçilik mövqeyinə son qoymağa çağırdı.

1631387
Türkiyə Şərqi Qüdslə bağlı İsrailə çağırış edib

Türkiyə İsrail hökumətini (Şərqi Qüdsdə) maneəçilik mövqeyinə son qoymağa çağırdı.

Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada fələstinli qrupların iştirakı ilə dünən (29 fevral) keçirilən toplantı nəticəsində Fələstində 2006-cı ildən bəri ilk dəfə keçirilməsi nəzərdə tutulan parlament və prezident seçkilərinin təxirə salınmasına qərar verildiyinin təəssüf hissi ilə öyrənildiyi bildirilib.

Açıqlamada fələstinli qrupların bu qərarı verməsinə səbəb olan əsas səbəbin İsrailin Şərqi Qüdsdə seçkilərin keçirilməsi barədə Fələstin İdarəsi tərəfindən edilən müraciətə cavab verməməsi və seçki kampaniyasının aparılmasına icazə verməməsi olduğu ifadə edilib.

İsrail hökumətinə Fələstin seçkilərinin ən qısa müddətdə keçirilməsini təmin etmək üçün 1995-ci il Oslo Müvəqqəti Sazişinin müddəalarına uyğun olaraq bu bloklayıcı mövqeyə son qoymağa çağırılan açıqlamada "Digər tərəfdən, seçkilərin təxirə salınması barədə verilən qərarın ölkəmizin böyük əhəmiyyət verdiyi fələstinlər arasındakı sülh prosesinə mənfi təsir göstərməyəcəyini ümid edirik və fələstinli bütün qrupları birlik və razılaşma istiqamətində cəhd göstərməyi davam etdirməyə çağırırıq" deyilib.



Әlaqәli Xәbәrlәr