ABŞ donanmasına məxsus gəmi İstanbul boğazından keçərək Qara dənizə daxil olub

ABŞ donanmasına məxsus "USCGC Hamilton" Sahil Mühafizəsinin kateri  İstanbul boğazından keçib.

1629582
ABŞ donanmasına məxsus gəmi İstanbul boğazından keçərək Qara dənizə daxil olub

ABŞ donanmasına məxsus "USCGC Hamilton" Sahil Mühafizəsinin gəmisi  İstanbul boğazından keçib.

127 metr uzunluğunda və 43 metr enindəki "WMSL-753" lövhə nömrəsi olan sahil mühafizə gəmisinin dünən axşam (27 aprel) radələrində Mərmərə dənizindən İstanbul boğazına daxil olduğu bildirilib. 

Boğazdan keçişi zamanı gəmini Sahil Mühafizə Komandanlığı katerləri ilə İstanbul Polis Müdirliyi Dəniz Liman Şöbə hissəsinin katerləri müşayiət ediblər.

Boğazdan keçişi zamanı arxa hissəsində bir qrup amerika əsgərinin keşik çəkdiyi gəmi Qara dəniz istiqamətində hərəkətini davam etdirib və daha sonra Qara dənizə daxil olub. 
 



Әlaqәli Xәbәrlәr