Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (26 aprel)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 353 ölüm faktı qeydə alınıb.

1628701
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (26 aprel)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 353 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 38 min 711 nәfәrә çatıb.

Ölkədə gün ərzində 268 min 893  nəfər testdən keçirilib. Onlardan 37 min 312 nəfərdə virus əlaməti aşkarlanıb, 2 716 nəfər müalicəyə cəlb olunub. 

Müalicəsi tamamlanan 48 min 27 nəfərlə, sağalanların sayı 4 milyon 121  min 671  nəfərə yüksəlib. 

Bu arada Prezident Rəcəb Tayyib Ərdoğan epidemiya ilə mübarizə çərçivəsində aprelin 29-dan mayın 17-dək ölkədə tam qapanma olacağını bildirib.



Әlaqәli Xәbәrlәr