Qeyri-rəsmi Kipr konfransına sabah start veriləcək

Şimali Kipr Türk Respublikası və Rum İcması başda olmaqla zamin ölkələr Türkiyə, Yunanıstan və İngiltərə ilə Birləşmiş Millətlər Təşkilatının (BM) iştirakı ilə sabah İsveçrədə 5 + 1 Formasında Kipr mövzusunda konfrans keçiriləcək.

1628491
Qeyri-rəsmi Kipr konfransına sabah start veriləcək

Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə 27-29 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək yığıncağa BMT-nin Baş katibi Antonio Quterres ev sahibliyi ediləcək.

Konfransa Şimali Kipr Türk Respublikası prezidenti Ərsin Tatar, Kipr Rum İdarəsinin lideri Nicos Anastasiades, zamin ölkələr, Türkiyə, Yunanıstan və İngiltərə nümayəndələri qatılacaq. Yığıncaqda Türkiyəni Xarici işlər naziri Mevlut Çavuşoğlunun rəhbərliyində nümayəndə heyəti təmsil edəcək.

 



Әlaqәli Xәbәrlәr