Tahsin Ərtuğruloığlu: “Suverənliyimizdən imtina etməyəcəyik”

Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Naziri Tahsin Ərtuğruloğlu, Aprelin sonunda Cenevrədə keçiriləcək Kiprlə əlaqədar qeyri-rəsmi konfransın, 53 ildir davam edən icmalararası danışıqlar prosesinin davamı hesab edildiyini bildirib.

1627389
Tahsin Ərtuğruloığlu: “Suverənliyimizdən imtina etməyəcəyik”

Xarici işlər naziri Tahsin Ərtuğruloğlu 27-29 Aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatınin başçılığında Kiprli tərəflər və zamin ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı 5 + 1 formatda keçiriləcək qeyri-rəsmi Kipr konfransı əvvəlində verdiyi açıqlamada: “Suverənliyimizdən güzəştə getmiyəcəyik. İlk gündən bəri Türkiyə və ŞKTR-nın hədəflərini konqret və səmimi olaraq dəfələrlə ifadə etdik”.

 5 + 1 toplantısının Türk tərəfinin təklifi olduğunu xatırladan nazir : “ŞKTR Türkiyənin birgə qərarı məlumdur. Milli mübarizə çərçivəsində keçmişdə olduğu kimi bu gün və gələcəkdə də birgə addımlar atmaqda davam edəcəyik. Biz hər gün fərqli siyasət izləyən tərəfdə olmadıq və olmayacayıq. Suverənliyimizdən imtina etməyəcəyik”- deyə nazir Ərtoğruuloğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr