Vitse-prezident Fuad Oqtay Türkmənistan prezidentinə başsağlığı verib

Vitse-prezident Fuad Oqtay atası vəfat edən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova başsağlığı verib.

1623694
Vitse-prezident Fuad Oqtay Türkmənistan prezidentinə başsağlığı verib

Vitse-prezident Fuad Oqtay atası vəfat edən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova başsağlığı verib.

Oqtay sosial media hesabından etdiyi paylaşımda "Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedovun atası Malikqulu Berdimuhamedova Allahdan rəhmət, Türkmənistan prezidentinə, dost və qardaş Türkmənistan xalqına başsağlığı diləyirəm" ifadələrdən istifadə edib.

Qeyd edək, ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdimuhamedov 88 yaşında vəfat edib.

M.Berdimuhamedov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb. Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.



Әlaqәli Xәbәrlәr