1915 Hadisələri Beynəlxalq Konfransı təşkil edilir

Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə

1623748
1915 Hadisələri Beynəlxalq Konfransı təşkil edilir

 

  Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, 1915 hadisələrinin tarixi arxa planı, hüquqi ölçüsü və bu günümüzdə əks olunma şəkillərini müzakirə etmək məqsədiylə 20 apreldə 1915 Hadisələri Beynəlxalq Konfransı təşkil edilir.

  Osmanlı imperatorluğunda bütün millətlərin böyük acılar çəkdiyi Birinci Dünya Müharibəsi dövründə yaşananların elmi yanaşma, beynəlxalq hüquq və tarix zəminində ədalətli müzakirəsi üçün təşkil edilən konfransda mövzunun tarixi, hüquqi və aktual ölçüləri 3 ayrı-ayrı iclasda müzakirə olunacaq.

  Açılışını Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri professor Fəxrəddin Altun ilə Türk Tarix Qurumunun sədri professor Birol Çetinin edəcəyi konfrans Prezidentlik Aparatının sosial media hesablarından birbaşa canlı olaraq göstəriləcək. Konfransda Türkiyə ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Rusiya, Almaniya, Fransa və İrlandiya alimləri, tədqiqatçıları, hüquqşünasları və qeyri-hökumət təşkilatı nümayəndələri iştirak edəcək. Bundan başqa, konfransı onlayn olaraq bir çox yükəsk səviyyəli rəsmi qonaqlar da izləyəcək.



Әlaqәli Xәbәrlәr