Türkiyə donanması Şərqi Aralıq dənizində ən güclü donanmadır

Bu sözlər İsrailin Hayfa Universitetinin Siyasi və Strateji Araşdırmalar Mərkəzinə aiddir.

1622954
Türkiyə donanması Şərqi Aralıq dənizində ən güclü donanmadır

 

  "Türkiyə donanması Şərqi Aralıq dənizində ən güclü donanmadır", bu sözlər İsrailin Hayfa Universitetinin Siyasi və Strateji Araşdırmalar Mərkəzinə aiddir.

  Sözügedən mövzu ilə bağlı araşdırma 2021-ci ilin yanvarında edilib, Türkiyə donanmasının son 20 il ərzində üzünü və gücünü dəyişdirdiyi və bu dəyişikliyin dənizçilik strategiyasının bir meyvəsi olduğu yazılıb.

  Araşdırmanın diqqəti çəkən əsas məqamı Türkiyənin artan dəniz gücü ilə əlaqədardır ki, burada Türkiyə Donanmasının bir neçə il içində inkişaf etmiş daha 6 sualtı qayıqla gücləndiriləcəyi, beləliklə, bu sayın 12-14 arası olacağı və bu vəziyyətin Türkiyəyə böyük bir üstünlük qazandıracağı, Türkiyə dəniz qüvvələrinin Qara dəniz və Şərqi Aralıq dənizində Türkiyəyə bənzərsiz bir hücum qabiliyyəti verəcəyi vurğulanır.



Әlaqәli Xәbәrlәr