Türkiyə-Rusiya uçuşları 1 iyunadək donduruldu

THY-nin sosial media hesabından verilən məlumatda yazılır...

1622197
Türkiyə-Rusiya uçuşları 1 iyunadək donduruldu

 

  Türkiyə Hava Yolları (THY) 1 iyuna qədər Rusiya çıxışlı və varışlı bütün səfərlərin dayandırıldığını bildirib. THY-nin sosial media hesabından verilən məlumatda yazılır: “Qərar hər iki ölkənin rəsmi qurumları tərəfindən birlikdə verilib”.

  Beləliklə, 15 aprel ilə 1 iyun arası Türkiyədən Rusiya Federasiyası çıxışlı və varışlı bütün səfərlər dayandırılıb. Bu müddət boyu Türkiyə ilə Rusiya arasında qarşılıqlı olaraq həftədə iki səfər icra ediləcək.

  Türkiyə-Rusiya uçuşları haqqında ətraflı məlumat almaq istəyənlər THY saytını izləyə bilər.

  Bilet dəyişikliyi və digər tələblər üçün əməliyyatları 0850 333 0 849 nömrəli çağırış mərkəzi, satış ofisləri və ya biletin alındığı agentliyə müraciət edərək reallaşdırmaq mümkündür.



Әlaqәli Xәbәrlәr